Bu gün Misli Premyer Liqasında 8-ci turun daha iki oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması bölgədə baş tutacaq.
"Qəbələ" "doğma divalar" arasında "Sabah"ı qəbul edir. Turnir cədvlinin əks qütblərində qərarlaşan komandaların oyununda heç şübhəsiz ki, favorit qonaqlardır. Valdas Daumbrauskasın çalışdırdığı kollektiv hazırda 16 xalla (bir oyun az keçirib) turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Meydan sahibləri isə "qara zolaq"dan çıxa bilmir. "Qırmızı-qaralar" 4 xalla 10-cu yerdədir.
Qeyd edək ki, dünən baş tutan görüşlərdə "Sumqayıt"ı "Araz-Naxçıvan"ı (2:1), "Şamaxı" isə "Şəfa"nı (3:2) məğlub edib.
Misli Premyer Liqası
I dövrə, VIII tur
16:00. "Qəbələ" - "Sabah"
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ. Şəhər stadionu