Misli Premyer Liqasının 8-ci turunun ikinci oyun gününə Bakıda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhrəmov adına Respublika stadionunda "Neftçi"ni qəbul edir. 

 

Futbol camiəsi arasında "Azərbaycan derbisi" statusu kimi qəbul olunan qarşılaşmaya maraq çox böyükdür. Hər iki komanda geridə qalan 7 turdan sonra liderlər qrupunda yer alır. Qonaqlar hazırda 16 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıbsa, eyni xala malik, bir oyun az keçirən meydan sahibləri 3-cü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, tura sabah keçiriləcək "İmişli" - "Turan Tovuz" və "Kəpəz" - "Zirə" matçları ilə yekun vurulacaq.

 

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Əli Əliyev 
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov 
AFFA nümayəndəsi: Erkin Hüsyenov
Tofiq Bəhramov adına Respublika Stadionu.