"Baku Sportinq" klubunun məşqçilər korpusunda kadr dəyişikliyi baş verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rəhbərliyin qərarı ilə baş məşqçi Samir Ələkbərov və qapıçılar üzrə məşqçi Davud Əsgərovla müqaviləyə xitam verilib.
Kadr dəyişikliyi komandanın son vaxtlardakı uğursuz nəticələri fonunda gerçəkləşib. "Baku Sportinq" Azərbaycan Birinci Liqasının V turu çərçivəsində keçirilən matçda MOİK-ə 1:3 hesabı ilə məğlub olub. Çempionatda keçirdiyi 5 oyunun heç birində xal qazanmağı bacarmayan paytaxt təmsilçisi 0 xalla turnir cədvəlinin sonuncu, 10-cu pilləsində qərarlaşıb.