Misli Premyer Liqasının 8-ci turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Araz-Naxçıvan"ı qəbul edir.

 

Mövsümdə ilk qələbəsini ötən tur "Qəbələ" üzərində qazanan "kimyaçılar" ardıcıl ikinci ev oyununda da eyni uğura imza atmaq niyyətindədir. Meydan sahibləri bunu bacaracağı təqdirdə tunir cədvəlində mövqeyini bir ədər də yaxşılaşdıra, təhlükəli zonadan uzaqlaşa bilər. 

 

Naxçıvan təmsilçisi isə 2026/27 "futbol ili"ndə 3 xala həsrət qalan yeganə kollektivdir. Mövsümə Cavid Hüseynovun rəhbərliyi altında başlayan "qırmızı-ağlar" onunla vidalaşıb Ukraynalı Yuri Maksimovu "sükan arxasına" dəvət etsə də, ötən həftə "Kəpəz"ə məğlub oldu. Hazırda hesabında 2 xal olan naxçıvanlılar turnir cədvəlinin zirzəmisində qərarlaşıb.

 

Qeyd edək ki, turun digər oyunları sabah və bazar günün keçiriləcək.

 

Misli Premyer Liqası

I dövrə, VIII tur

 

19:00. "Sumqayıt" - "Araz-Naxçıvan"

Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Əkbər Əhmədov 
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev 
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sumqayıt. SOCAR Polymer Arena.

 

"Sumqayıt": 16. Marko Yohanson 29. Emil Mustafayev 17. Nihad Əhmədzadə 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 11. Mamadi Banqre 21. Tiaqo Almeyda 5. Renan Santana

 

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 3. Höccət Haqverdi 20. Ayxan Süleymanlı 75. Nadir Orucov 97. Vüsal Paşayev 23. Rüfət Əhmədov 37. Nihad Orucəli 19. Roi Kehat 27. İmani Barker

 

Baş məşqçi: Filipe Kandido

 

"Araz-Naxçıvan": 99. Tərlan Əhmədli 8. Mustafa Əhmədzadə 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 36. Mamadu Kane 10. Şarl Boli 5. Luka Dumançiç 23. Alberto Fernandes

 

Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 7. Rövlan Muradov 26. Ömər Buludov 29. Ceyhun Nuriyev 13. Qabil Əlizadə 2. Abdulla Rzayev 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 12. Bruno Franko 19. Abdallah Sudi

 

Baş məşqçi: Yuri Maksimov