"Misli Premyer Liqasının VIII turunda "Ş əfa" səfərdə "Şamaxı"ya 2:3 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, Bakı klubunun baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Acınacaqlı məğlubiyyət oldu. Bütün məğlubiyyətlər adama pis təsir edir. Amma bu daha çox təsir etdi. Uşaqlar pis oynamadılar. Səhvlərmizdən qollar buraxdıq. Oyunumuzu detallı şəkildə təhlil etdikdən sonra məğlubiyyətin səbəbini biləcəyik.

 

- Hesabda öndə olsanız da, sonda uduzdunzu. Bunun səbəbi nədir?

- 2:0 öndə olarkən fürsətləri dəyərləndirə bilımədik. Gözləmədiyimiz səhvlər etdik.

 

- Son dəqiqələrdə qapınıza verilən penalti barədə fikriniz necədir?

- İsti-isti cavab vermək istəmirəm. Məncə, toxunuş var idi.