Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 8-ci tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

 

Günün görüşü Şamaxıda keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Şəfa"nı qonaq edir. Bəlkə də də mövsümlərarası fasilədə heyəti yenidən formalaşan "Şamaxı"dan bel start gözləmirdi. Çoxları məhdud büdcəyə malik "şirlər"in çempionatın autsayder olacağını ehtimal edirdi. Ancaq Azər Bağırov döyüşkən, xal itirdiyi oyunlarda belə "bərk qoz" təsiri bağılayan komanda formalaşdırmağı bacardı. Hazırda aktivin 10 xal olan "şirlər" turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. 

 

Geridə qalan turlarda cəmi bir qələbəsi olan, 6 matçda isə meydanı məğlub tərk edən "Şəfa" isə 11-ci yerdə qərarlaşıb. Paytaxt təmsilçisi məhz "Şamaxı" ilə görüşdə uğursuzluğa son qoyub, azarkeşlərini sevindirmək istəyir.

 

Misli Premyer Liqası

I dövrə, VIII tur

 

15:00. "Şamaxı" - "Şəfa"

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov
VAR: Elvin Bayramov 
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev 
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı. Şəhər stadionu.

 

"Şamaxı": 1. Rikardo Fernandes (k), 5. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 10. Edqar Adilxanov, 25. Filipe Markes, 13. Rikardo Apolinario, 11. Ayman Bouali, 3. Jota, 19. Abdullahi Şuaybu, 4. Rui Paşeko, 52. Abdul Raşid Mumini

 

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 96. Nicat Qaragözlü, 14. Uğur Cahangirov, 80. Həbib İsmayılov, 2. Fariz Xeyrullayev, 7. Emil Süleymanov, 77. Okan Təhməzli, 88. Hacıəli Şirəliyev, 17. Sənan Muradlı, 66. Ceyhun Bağırzadə, 9.Tornike Axvlediani, 8. Teşaqer Dequ

 

"Şəfa": 12. Əlirza Müştəbazadə, 28. Murad Musayev (k), 42. Elnur Cəfərov, 55. Rauf Hüseynli, 5. Arsen Ağcabəyov, 6. Fərid Yusifli, 10. Dilan Mertens, 18. Bafode Dansoko, 17. Musa Quel, 11. Andrey Draqu, 34. Kristofer Mamenqi

 

Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 99. Məmməd Hüseynov, 3. Tərlan Quliyev, 21. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 29. Vüsal Qənbərov, 23. Nahid Əliyev, 77. Elmar Məmmədov, 4. Maudo Jarjue, 8. Vlad Pop, 9. Luis Felipe, 22. Umar Diav