UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilən oyunlarda qeydə alınan tamaşaçı sayı açıqlanıb. Sport24.az xəbər verir ki, "Sabah" - "Slaviya" (Çexiya) qarşılaşmasını stadiondan 29670 azarkeş izləyib.
Bu göstərici ilə Bakıdakı görüş turun tamaşaçı sayına görə 12-ci yerdə qərarlaşıb.
II turun ən çox azarkeş toplayan matçı isə "İnter" (İtaliya) - "Brügge" (Belçika) qarşılaşması olub. Milan şəhərində keçirilən və qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatan oyunu 73 859 tamaşaçı tribunadan izləyib.
"Atletiko" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) matçında 69 493, "Betis" (İspaniya) - "Porto" (Portuqaliya) görüşündə isə 67 114 azarkeş qeydə alınıb.
Qeyd edək ki, "Sabah" "Slaviya"nı 2:0 hesabı ilə məğlub edib.