Bruno Fernandesin "Mançester Yunayted"dəki gələcəyi ciddi şübhə altındadır. Sport24.az xəbər verir ki, bu barədə "Mail" nəşri məlumat yayıb.
Portuqaliyalı futbolçu tezliklə "Barselona"dan rəsmi təklif alacağını gözləyir. Lakin Kataloniya nəhəngi hələ ki, onun transferi ilə bağlı heç bir konkret addım atmayıb və ya hər hansı sorğu göndərməyib.
Mənbənin sözlərinə görə, klub rəhbərliyi müqavilənin müddətinin uzadılması ilə bağlı 32 yaşlı yarımmüdafiəçi ilə razılığa gələ bilməsə, Fernandes artıq gələn yay "Mançester Yunayted"i azad agent kimi tərk edəcək.