"Real"ın baş məşqçisi Joze Mourinyo qış "transfer pəncərəsi"ndə hücumçu Endrikin icarə əsasında "Milan"a keçməsi ehtimalının qarşısını şəxsən alıb. İtaliya nəhəngi gənc braziliyalının oyun praktikası azlığından istifadə etməyə ümid edirdi, lakin Mourinyo hücumçunun getməsinə qəti şəkildə icazə verməyib. Sport24.az xəbər verir ki, bu barədə "La Qazetta Delo Sport" məlumat yayıb.
"Zədəsini sağaldıqdan sonra ona əslində lazımi şans vermədim. "Vilyarreal"la oyunda meydana çıxmalı idi. Sonra qol vurduq. Meydanda on nəfər qaldıqda isə məşqçi adətən başqa variantlara üz tutur. "Milan"a keçid? Bu, baş verməyəcək", – deyə Mourinyo qərarını izah edib.
Qeyd edək ki, Endrik mövsümöncəsi hazırlıq dövründə aldığı zədə səbəbindən bir aydan çox meydandan kənarda qalıb ki, bu da onun komandadakı mövqeyinə mənfi təsir edib. Hücumçu bu mövsüm cəmi dörd dəqiqə meydanda olub. Bu bu da qış "transfer pəncərəsi"ndə onun icarə əsasında başqa komandaya keçə biləcəyi barədə mətbuatda şayiələrin yayılmasına səbəb olub. Braziliyalı futbolçu ilə "Milan"dan başqa, "Aston Villa" və "Roma" klubları da maraqlanır.