"Beşiktaş"ın keçmiş yarımmüdafiəçisi Sinan Engin, Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda "Aston Villa"ya qarşı keçirilən oyunda "Fənərbaxça"nın 0–6 hesablı məğlubiyyətindən sonra Romelu Lukakunu sərt tənqid edib. Sport24.az xəbər verir ki, veteran futbolçu "Footmercato"ya danışıb:

 

"Lukaku, bu nə biabırçılıqdır! Özünü görmürsən? Heç güzgüyə baxmırsan? Qardaş, sənə demişəm axı, axşam saat 6-dan sonra yemək yemə. Amma sən yenə də kökəlməyə davam edirsən. Bir qidalanma mütəxəssisi, şəxsi məşqçi tut! Görəsən, Lukaku indiyənədək necə bu qədər qol vurub? Doğrudanmı bu, əsl Lukakudur? Bizi aldada bilməzsən!" 

 

Qeyd edək ki, Çempionlar Liqasının növbəti turunda "Fənərbaxça" "Slaviya" ilə qarşılaşacaq. Oyun oktyabrın 20-də keçiriləcək.