20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan milli komandası Qubada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoxlama oyununa çıxıb. Sport24.az xəbər verir ki, Avropa çempionatının birinci təsnifat mərhələsinə - Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) yarışına hazırlaşan yığmamız Milli Aviasiya Akademiyasının gənc qızlardan ibarət komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-20 yığmamızın Qubadakı təlim-məşq toplanışı oktyabrın 19-dək davam edəcək.