Azərbaycan I Liqasında V turun ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, "Səbail" səfərdə "Zaqatala"nı 3:1 hesabı ilə məğlub edərək 3 xalı aktivinə yazdırıb.

 

"Şimal" "Mingəçevir"in qapısından 4 top keçirərək səfərdə böyük hesablı qələbə qazanıb (4:1). "Xankəndi" isə öz evində "Şahdağ Qusar" üzərində minimal hesablı üstünlük əldə edib (1:0).

 

Qeydə alınan nəticələr:

 

Azərbaycan I Liqası

 

V tur

 

Zaqatala – Səbail 1:3

 

Qollar: Ə. Heydərov, 89 – S. Nonqoh, 13, Y. Said, 21, A. Qomes Soares, 24

 

Xankəndi – Şahdağ Qusar 1:0

 

Qol: B. Teymurov, 88

 

Mingəçevir – Şimal 1:4

 

Qollar: N. Şıxamirov, 48 – N. Osmanov, 37, E. Əliyev, 45+3, G. Mehrəliyev, 87, M. Niambele, 90+4