"Brügge"nin hücumçusu Nikolo Tresoldi bir sıra aparıcı klubların diqqətini çəkib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media platformasında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "Bavariya", Madrid "Atletiko"su və "Arsenal" 22 yaşlı futbolçunu yaxından izləyirlər. Daha əvvəl "Barselona" və "Tottenhem" də almaniyalı oyunçuya maraq göstərmişdi. Lakin "Brügge" ulduz futbolçusu ilə yollarını ayırmamağa qərar verdi.

 

Qeyd edək ki, Tresoldi Çempionlar Liqasında "həftənin oyunçusu" mükafatına namizəd göstərilib. Bundan əlavə, o, Çempionlar Liqası tarixində het-trik edən ən gənc alman futbolçu olub. Cari mövsümdə Tresoldi bütün turnirlərdə 11 oyuna çıxıb və 9 qola imza atıb.