PSJ-nin müdafiəçisi İlya Zabarnı London "Arsenal"ının maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur sosial media hesabında paylaşım edib.
London klubu qarşıdan gələn qış "transfer pəncərəsi"ndə Zabarnı ilə müqavilə imzalamaqda maraqlıdır. Fransa klubu iə, ən azı 67 milyon funt-sterlinq məbləğində təklif gələcəyi təqdirdə, oyunçunu satmağa hazırdır.
Qeyd edək ki, Zabarnı cari mövsümdə "PSJ"nin heyətində cəmi üç dəfə meydana çıxıb.