Azərbaycan millisinin futbolçusu Murad Məmmədov Kiprin "Pafos" komandasının heyətində növbəti qarşılaşmasına çıxıb. Sport24.az xəbər verir ki, Kipr çempionatının 11-ci turunda "Pafos" doğma meydanda Limassolun "Aris" komandasını qəbul edib.

 

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Murad Məmmədov 17-ci dəqiqədə braziliyalı Bruno Felipeni əvəzləyib.

 

Qarşılaşmanın 32-ci dəqiqəsində Qustavo Paje fərdi ustalığı sayəsində "Aris"i hesabda önə çıxarıb.

 

"Pafos" 11 oyundan sonra 19 xalla altıncı pillədədir.