Azərbaycan millisinin futbolçusu Zamiq Əliyev Albaniyanın "Eqnatiya" komandasının heyətində növbəti çempionat oyununa çıxıb. Sport24.az xəbər verir ki, Albaniya Superliqasının 13-cü turunda son ölkə çempionu doğma meydanda "Elbasani"ni qəbul edib.

 

Baş məşqçi Nevil Dede azərbaycanlı müdafiəçiyə ilk dəqiqələrdən şans verib.

 

Görüşün 19-cu dəqiqəsində Yurqens Monteneqro meydan sahiblərini hesabda önə çıxarıb. 68-ci dəqiqədə İbrahim Diabate fərqi artırıb. Üç dəqiqə sonra Ledio Tresa "Elbasani"nin qolunu vurub. Oyun bu hesabla da başa çatıb.

 

"Eqnatiya" xallarını 30-a çatdıraraq birinci pillədəki mövqeyini möhkəmləndirib.