Azərbaycanın iki şahmat klubu 17-23 oktyabr aralığında Monteneqronun Budva şəhərində keçiriləcək Avropa Kubokundə iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.
Kişi və qadın klubları arasında keçiriləcək yarış İsveçrə sistemi üzrə yeddi turdan ibarət olacaq.
Rauf Məmmədov, Aydın Süleymanlı, Read Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev "Vüqar Həşimov" klubunda çıxış edəcək. Klubun kapitanı Sərxan Həşimov olacaq.
Qadınların yarışında isə ölkəmizin aparıcı şahmatçılarında formalaşan "Odlar Yurdu" mübarizə aparacaq. Komandanın heyətinə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova dəvət olunub. Kapitan Nicat Abasovdu.