Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) bu gün son oyunlarına çıxırlar. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığma sonuncu - XI turda Serbiya ilə qarşılaşır.

 

Xanımlar isə İran yığması ilə üz-üzə gəlir.

 

Qeyd edək ki, son tur ərəfəsində kişilərdən ibarət komanda yeddinci pillədə qərarlaşıb. Turnir cədvəlinə 18 xalla Özbəkistan başçılıq edir. Hindistan 17 xalla ikinci, Almaniya, Ukrayna və Macarıstan isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerlərdədir. Qadın yığmamız isə 13 xalla 23-cü pillədə yer alıb. Lider aktivində 18 xal olan Çindir. Qazaxıstan 17 xalla ikinci, Hindistan, Polşa və Vyetnam isə 16 xalla müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri tuturlar.