Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) bu gün növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığma VIII turda son Olimpiadanın çempionu Hindistanla qarşılaşacaq.

 

Xanımlar isə Argentina yığması ilə üz-üzə gəlir.

 

Qeyd edək ki, geridə qalan 7 turdan sonra kişilərdən ibarət millimiz 12 xal toplayaraq 2-6-cı yerləri bölüşürlər. Əlavə göstəricilərə görə komandamız 5-ci pillədə qərarlaşıb. Qadınlardan ibarət yığma isə 10 xalla 14-cü yerdədir. İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət yarışa sentyabrın 27-də yekun vurulacaq. 

 

Hindistan - Azərbaycan

Rameşbabu Praqnanandha - Şəhriyar Məmmədyarov

Aydın Süleymanlı - Arcun Eriqaisi

Dommaracu Qukeş - Məhəmməd Muradlı

Rauf Məmmədov - Vidit Qucraati

 

Azərbaycan - Argentina

Ülviyyə Fətəliyeva - Kandela Be Fransisko

Quekaburu Maria Ros Kampos - Gövhər Beydullayeva

Günay Məmmədzadə - Anapaola Borda Rodas

Anna Laura Skarsi - Gülnar Məmmədova

 

Qeyd: cütdə qara hərflərlə göstərilənlər ağ fiqurlarla oynayırlar