"Aston Villa" futbolçusu Emiliano Buendia ilə yeni müqavilə bağlı danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.
Argentinalı yarımmüdafiəçinin hazırkı sözləşməsi 2027-ci ilin iyununda başa çatır. Klubun müqaviləni daha bir il uzatmaq opsiyasına sahib olduğu bildirilir. Buna baxmayaraq, "Aston Villa" onun komandadakı əhəmiyyətini nəzərə alaraq yeni anlaşma imzalamaqda maraqlıdır.
Qeyd edək ki, 29 yaşlı futbolçu 2025-ci ilin yayında "Aston Villa"nın əsas heyətində yerini itirmiş və hətta şəhərin digər klubu "Birmingem"ə təklif edilmişdi. Lakin o, tədricən Unay Emerinin etimadını qazanaraq komandanın əsas hücumçularından birinə çevrilib.