"Mançester Yunayted" ev oyunlarını keçirdiyi "Old Trafford" stadionunun meydançasından götürülmüş ot hissələrinin satışına başlayıb. Sport24.az ESPN-nə istinadən xəbər verir ki, stadionun fotosu əks olunmuş akril içərisində yerləşdirilən hər bir 7x7 sm ölçülü hissənin qiyməti təxminən 146 avro təşkil edir.
"Old Trafford"un meydançası ötən yay tamamilə yenilənib. Bu, 2012-ci ildən bəri həyata keçirilən ilk belə əsaslı yenilənmə işi idi. Mövsümün sonunda köhnə ot örtüyü çıxarılıb və drenaj sistemini yaxşılaşdırmaq məqsədilə meydançanın örtüyü yenidən salınıb. Klub çəmən örtüyünü atmaq əvəzinə, onun müəyyən hissələrini azarkeşlər üçün saxlamaq qərarına gəlib.
Bu məhsulu əldə etmək hüququ ilk növbədə mövsümlük bilet sahiblərinə verilib. Klub bu suveniri unikal bir əşya kimi təqdim edir və onu "United" azarkeşləri üçün nəzərdə tutulmuş hədiyyə kimi satışa çıxarır.
Köhnə ot örtüyünün satışı klub üçün yeni təcrübə deyil. "Qırmızı şeytanlar" daha əvvəl – 2012-ci ildə meydança örtüyü yenilənərkən də azarkeşlərə belə hissələr təklif etmişdi.
Qeyd edək ki, bu təşəbbüs "United"in 2025/26-cı il mövsümü üzrə maliyyə nəticələrinin açıqlanması ilə üst-üstə düşüb. Klub vergidən başqa 73,1 milyon avro məbləğində zərər etdiyini bildirib ki, bununla da son yeddi il ərzindəki ümumi zərər 691 milyon avroya çatıb. Eyni zamanda, "United" 789 milyon avro həcmində rekord gəlir əldə edib.