Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) sabah növbəti oyunlarını keçirəcəklər. Bu gün turnirdə istirahət günüdür. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığma VII turda Yunanıstanla qarşılaşacaq.
Xanımlarımız isə Ermənistanla üz-üzə gələcək.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət olan yarışa sentyabrın 27-də yekun vurulacaq.