Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) bu gün növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığma VII turda Yunanıstanla qarşılaşacaq.
Xanımlarımız isə Ermənistanla üz-üzə gələcək.
Qeyd edək ki, Kişilərdən ibarət komanda 6 turdan sonra 10 xalla 12-ci, qadınlardan ibarət yığma isə 10 xalla 9-cu pillədə qərarlaşıb. İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət olan yarışa sentyabrın 27-də yekun vurulacaq.
Yunanıstan - Azərbaycan
Nikolas Teodoru - Şəhriyar Məmmədyarov
Aydın Süleymanlı - Dimitrios
Mastrovasilis Stamatis Kurkulos-Arsitis - Məhəmməd Muradlı
Rauf Məmmədov - İoannis Papaionnu
Ermənistan - Azərbaycan
Lilit Mkrtçyan - Ülviyyə Fətəliyeva
Gövhər Beydullayeva - Məryam Mkrtçyan
Elina Danielyan - Xanım Balacayeva
Gülnar Məmmədova - Süsanna Qaboyan
Qeyd: Cütlüklərdə adı tünd göstərilənlər ağ fiqurlarla oynayırlar