"Liverpul"un yeni idman direktorunun Julian Vard olacağı gözlənilir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
45 yaşlı mütəxəssis hazırda klubun sahibi olan "Fenvay Sports Group"-da (FSG) texniki direktor vəzifəsində çalışır. Vard "Liverpul"un əvvəlki idman direktoru Riçard Huqesin sentyabrın 5-də klubdan ayrılmasından sonra əsas namizəd kimi önə çıxıb. Huqes karyerasını Səudiyyə Ərəbistanının "Al Hilal" klubunda davam etdirir.
Vard daha əvvəl də "Liverpul"da idman direktoru vəzifəsini tutub. O, 2022/23 mövsümündə bu postda çalışıb. İngiltərəli mütəxəssis 2012-ci ildə "Mançester Siti"dən "Liverpul"a keçib və əvvəlcə İspaniya və Portuqaliya üzrə avropalı skautların işinə rəhbərlik edib.