"Ayntraxt"ın hücumçusu Yunes Ebnutalib Mərakeş əvəzinə Almaniya millisini seçməsinə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, futbolçu bu barədə "Sky Sport"-a açıqlama verib:

 

"Bəli, Mərakeş Futbol Federasiyası ilə danışmışdım. Lakin Yurgen Klopp sizə zəng edəndə, ona "yox" deyə bilməzsiniz. Hər iki ölkəni sevirəm, hər ikisi mənim vətənimdir. Mərakeşə həmişə ən yaxşısını arzulayacağam".

 

Qeyd edək ki, Yurgen Klopp iyulda Almaniya yığmasının "sükanı arxasına" keçib. Onun müqaviləsi daha iki il uzatmaq şərti ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulub.