"Neftçi" bu gün FIBA Avropa Kubokunda mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, paytaxt klubu təsnifat mərhələsində Estoniya təmsilçisi "Parnu" ilə qarşılaşır. 

 

Bakı İdman Sarayında keçiriləcək oyunun start fiti saat 19:00-da səslənəcək. 

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü sentyabrın 30-da keçiriləcək. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.