"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda növbəti qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi Milli Gimnastika Arenasında Türkiyənin "Trabzonspor" komandasını 91:72 hesabı ilə darmadağın edib.

 

Bu nəticə ilə oktyabrda səfərdəki məğlubiyyətin (83:100) əvəzini çıxan "Sabah" A qrupunda xallarının sayını 6-ya çatdırıb. Dörd turdan sonra iki qələbəsi olan Azərbaycan çempionu 1/8 finala və ya pley-in mərhələsinə vəsiqə uğrunda mübarizəsini davam etdirir.