Gürcüstanlı qapıçı Georgi Mamardaşvili "Liverpul"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

 

Qolkiper həmkarı Alisson Bekkerin klubla yeni müqavilə imzalayacağı halda, komandanı tərk edəcək.

 

Mamardaşvili əsas heyət oyunçusu olmaq istəyir. İndiki məqamda daha çox ehtiyatda qalan qolkiper yeni variantlar üzərində düşünür.

 

26 yaşlı "əlcək sahibi" 2024-cü ildən "Liverpul"da çıxış edir. O, bu mövsüm 1 oyunda iştirak edib.