Noyabrın 19-22-si aralığında Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək gənclər arasında dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək. Sport24.az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

 

Ölkə mundialda 10 çəki dərəcəsində (9 oğlan, 5 qız) təmsil olunacaq.

 

Qeyd edək ki, komandaya gənc oğlanlardan ibarət millinin baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli və Əbdülhəqq Rəsullu, gənc qızlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət seçməmizin baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.

 

Qızlar: 48 kqNərgiz Əhmədova (48 kq), Aysun Məmmədova (57 kq), Xədicə Qədəşova (57 kq), Hanna Zaytseva (63 kq)

 

Oğlanlar: Ayxan Mirzəzadə (60 kq), Məhəmməd Musayev (66 kq), Mehdi Abbasov (81 kq), Cəsur İbadlı (81 kq), Süleyman Şükürov (90 kq), Aslan Kotsoyev (90 kq), Davud Namazlı (100 kq), Canpolad Əliyev (100 kq), Ramazan Əhmədov (+100 kq).