"Latsio" 23 yaşlı müdafiəçisi Romano Floriani ilə müqavilənin müddətini uzatdığını açıqlayıb. Yeni müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub. Sport.az xəbər verir ki, Romano 1922–1943-cü illərdə İtaliyaya rəhbərlik etmiş, ölkənin keçmiş baş naziri və Milli Faşist Partiyasının lideri Benito Mussolininin nəticəsidir.

 

O, Benitonun nəvəsi, siyasətçi Alessandra Mussolininin üçüncü övladıdır.

 

Floriani 2016-cı ildə "Roma"nın akademiyasından "Latsio"ya keçib.

 

Qeyd edək ki, Romano cari mövsüm A Seriyasında 9 oyuna çıxıb və 1 qol vurub.