"Yuventus"un hücumçusu Randal Kolo Muani zədələnib. Sport24.az "La Gazzetta Dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisinin fransalı forvardı ayaq barmağındakı sınıq səbəbindən əməliyyat olunub.

Məlumata görə, 27 yaşlı hücumçu "Atalanta" ilə oyunun böyük hissəsini sınıq barmağı ilə keçirib. Əməliyyatın uğurla başa çatdığı və futbolçunun bərpa prosesinə başladığı bildirilib.

Qeyd edək ki, Kolo Muaninin milli komandaların oyunları üçün yaranan fasilədən sonra meydanlara qayıdacağı gözlənilir. Onun oktyabrın 11-də "Kalyari" ilə matçda iştirak edə biləcəyi bildirilir..