"Real" və Fransa millisinin hücumçusu Kilian Mbappe futbol əfsanəsi hesab etdiyi oyunçuların adalarını açıqlayıb. Ulduz futbolçu bu barədə "Complex" nəşrinə müsahibəsində bildirib:
"Əfsanə futbolçulardan siyahım? Müəyyən bir ardıcıllıq olmadan desəm... Şübhəsiz ki, Lionel Messi və Kriştiano Ronaldo. Həmçinin braziliyalı Ronaldo və Zinəddin Zidan. Bu "dördlük" dünya futbolunda özünəxas iz qoymağı bacaranlardır. Fikrimcə, onların oyunlarını canlı izləməyənlər çox xoşbəxtdirlər".
Qeyd edək ki, "Qızıl topa" namizəd olan 27 yaşlı fransız futbolçu bu mövsüm bütün turnirlədə keçirdiyi 8 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.