"Sumqayıt" basketbol klubu Kamran İmanovla yeni müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə "Sumqayıt" basketbol klubu məlumat yayıb.

 

Ötən mövsüm də komandanın şərəfini qorumuş basketbolçu ilə daha bir illik anlaşma əldə olunub.

 

Qeyd edək ki, K.İmanov klub yarandığı ildən müəyyən fasilələrlə hər üç mövsümdə "Sumqayıt"ın formasını geyinib.