Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istinadə edən "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas bölgə səfərində çıxıb. Sport24.az xəbər verir ki, litvalı mütəxəssis həyat yoldaşı ilə birlikdə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yollanıb.

 

49 yaşlı məşqçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

 

"Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur…"

 

Qeyd edək ki, Dambrauskasın komandası Misli Premyer Liqasında 5 turdan sonra 15 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.