Misli Premyer Liqasında "Sumqayıt"la görüşü yarımçıq dayandıran "Kəpəz"in yarımmüdafiəçisi Əli Səmədovun son durumu məlum olub. Sport24.az klubun saytına istinadən xəbər verir ki, futbolçunun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.
Qarşıdakı 2-3 həftədə yaşıl meydançalardan kənarda qalacaq futbolçu növbəti turda "Araz-Naxçıvan"la oyunu buraxa bilər.
Qeyd edək ki, "Kəpəz" "Sumqayıt"la heç-heçə edib – 1:1.
