Antonio Konte Avropa klubuna rəhbərlik etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Calcio Mercato" məlumat yayıb.

 

Mənbənin sözlərinə əsasən, 57 yaşlı mütəxəssis Avropanın ən yaxşıları sırasında yer alan, inkişaf və yüksəliş planına malik iddialı bir komandaya çalışmaq istəyir.

 

Daha əvvəl Antonio Kontenin "Fənərbaxça"nın sükanı arxasına keçə biləcəyi barədə xəbərlər yayılmışdı. İtaliyalı məşqçi həmçinin "Əl-Əhli"dən gələn təklifi də geri çevirib.  

 

Qeyd edək ki, Kontenin son iş yeri "Napoli" klubu olub. O, bu komandaya 2024-cü ildən rəhbərlik edib və mayın 25-də vəzifəsindən rəsmən ayrılıb. Onun rəhbərliyi altında "azzurri" A Seriyası çempionluğunu və İtaliya Superkubokunu qazanıb.