21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri məlum olub. Sport24.az xəbər verir ki, B qrupunda yer alan yığmaların sentyabrın 25-də baş tutacaq matçını İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

 

Qarşılaşmanın baş hakimi Aaron O`Doud olacaq. Ona həmyerliləri Darra Kiqan və Şeyn Cerard O'Brayan kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Paul Norton yerinə yetirəcək.

 

Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək görüşün start fiti saat 17:45-də səslənəcək.