"Yuventus" azarkeşlərinin Sandro Massolanın xatirəsinə keçirilən bir dəqiqəlik sükut zamanı davranışına görə klubun cəzası açıqlanıb. Sport24.az xəbər verir ki, "Atalanta" ilə oyundan əvvəl bəzi "Yuventus" azarkeşləri Massolanın xatirəsinə həsr olunan sükut zamanı meydana arxa çevirərək Qetano Şireya, Andrea Fortunato və Aqnelli ailəsinin şərəfinə şüarlar səsləndirib.

İtaliya Futbol Federasiyasının İdman Hakimi Gerardo Mastrandrea hadisə ilə bağlı qərarını açıqlayıb. "Yuventus"a 10 min avro məbləğində cərimə tətbiq edilib.

Qərarda klubun vaxtında rəsmi mövqe bildirməsi və stadiondakı digər azarkeşlərin həmin davranışdan kənarda qalması nəzərə alınaraq cəzanın yüngülləşdirildiyi bildirilib.

Qeyd edək ki, Sandro Massola İtaliya futbolunun əfsanəvi futbolçularından biri və uzun illər "İnter"in formasını geyinmiş simalardan biri olub.