Almaniyalı futbolçu Florian Virts "Liverpul"dan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Football İnsider" portalı məlumat yayıb.

 

Hücumçu "qırmızılar"da xoşbəxt deyil və qışda təklifləri dəyərləndirməyə qərar verib.

 

"Liverpul" Virtsi buraxmağa razıdır. Klub onları qane edəcək təklifə "yox" deməyəcək.

 

Qeyd edək ki, Florian 2025-ci ildən Mersisayd klubunda çıxış edir. O, bu mövsüm Premyer Liqada 5 oyunda 1 məhsuldar ötürmə edib.