"Real"ın hücumçusu Kilian Mbappe "Qızıl top"la bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, fransalı forvard mükafata layiq olmaq üçün hər şeyi etdiyini deyib:
"Fərdi olaraq möhtəşəm il keçirdim. Bütün turnirlərdə bombardir oldu. Bu, "Qızıl top" nominasiya üçün vacib kriteriyadır. İndi isə gözləməliyik, necə olacağını görəcəyik. Əlimdən gələn hər şeyi etmişəm".
Qeyd edək ki, "Qızıl top" mükafatı oktyabrın 26-da veriləcək. Əsas namizədlər Kilian Mbappe, Lamin Yamal və Lionel Messidir.