"Fiorentina"nın keçmiş qapıçısı Neto "Juventus"a keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial media hesabında paylaşım edib.
37 yaşlı qapıçı mövsümün qalan hissəsi üçün aşağı maliyyə şərtləri ilə xidmətlərini Turin klubunatəklif edib. "Yuventus" zədələnmiş Kamil Qrabaranı əvəz etmək məqsədilə braziliyalı qapıçı ilə müqavilə bağlamağı planlaşdırır.
Netonun 2015-2017-ci illər aralığında Turin klubunun heyətində çıxış edib.
Qapıçının son klubu 2026-cı ilin yayında ayrıldığı "Botafoqo" olub. Bu il Neto 18 oyunda meydana çıxıb (beş matçda qapısını toxunulmaz saxlayıb) və 21 qol buraxıb.
Qeyd edək ki, "Juventus" hazırda 10 xalla A Seriyasında yeddinci pillədə qərarlaşıb.