"Qalatasaray"ın zədəli futbolçusu Viktor Osimhenin qayıdış vaxtı məlum olub. Sport24.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

Nigeriyalı hücumçu oktyabrdan məşqlərə başlayacaq.

 

Forvard oktyabrın 9-da "Kasımpaşa"ya qarşı keçiriləcək Super Liqa matçında meydana çıxa bilər.

 

Qeyd edək ki, Osimhen bu mövsüm çempionatda 4 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib. O, sentyabrın əvvəlindən zədəlidir.