Millimiz sentyabrın 23-də Tacikistanla yoldaşlıq görüşündə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, qarşılaşmanı stadiondan canlı izləmək istəyənlər biletləri "iTicket.az" saytından onlayn şəkildə əldə edə bilər.
"Palms Sports Arena"da keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.
Qeyd edək ki, Azərbaycan millisi bu oyundan sonra UEFA Millətlər Liqasında çıxış edəcək. Ayxan Abbasovun baş məşqçi olduğu komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Lixtenşteyn və oktyabrın 4-də Bakıda Litva ilə üz-üzə gələcək.