Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız İsveçrə millisi ilə üz-üzə gəlib.
Bakıda, Milli Gimnastika Arenasında keçirilən qarşılaşma qonaqların 84:33 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, Azərbaycan millisi seçmə mərhələyə 51 xal fərqi ilə məğlub olaraq başlayıb.
Qeyd edək ki, yığmamız növbəti matçını noyabrın 14-də İrlandiyaya qarşı keçirəcək. Görüş Bakıda baş tutacaq.