Türkiyənin "Trabzonspor" basketbol klubunun baş məşqçisi Səlcuq Ernak vəzifəsindən azad edilib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Qərar "Trabzonspor"un FIBA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda "Sabah"a 72:91 hesabı ilə məğlub olmasından sonra verilib. Klub komandanın uğursuz nəticələrinə görə mütəxəssislə vidalaşıb.

 

"Sabah" Çempionlar Liqasının qrup mərhələsində iki qələbə qazanıb.

 

Qeyd edək ki, Azərbaycan təmsilçisi bundan əvvəl III turda Fransanın "Nanter 92" klubunu məğlub edib – 87:80. "Bayquşlar" I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.