"Fənərbağça"da ayrılıq gerçəkləşib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Məşqçi Dirk Kuyt ilə yollar ayrılıb. Mütəxəssislə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Kuyt mövsümün əvvəlindən komandada idi. O, bundan öncəki məşqçi İsmail Kartalın köməkçilərindən idi.

 

Qeyd edək ki, Kartal bir müddət əvvəl istefaya göndərilib və onun yerinə posta Emre Belözoğlu təyinat alıb.