"Aston Villa"nın yarımmüdafiəçisi Corc Hemminqs klubla beş illik yeni müqavilə bağlamaq barədə razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" qəzeti məlumat yayıb.  

 

Müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlamanın qarşıdan gələn milli komandalar üçün fasilə zamanı verilməsi gözlənilir.

 

Yarımmüdafiəçi ötən mövsüm "Red Bull Zalsburq"a qarşı oyunda əsas komandada debüt edib. Əvvəllər əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış etsə də, Unai Emeri indi ondan yarımmüdafiə xəttinin sol cinahında istifadə edir.

 

Qeyd edək ki, 19 yaşlı Hemminqs 2024-cü ilin yanvarında "Nottingem Forest"dən  "Aston Villa"ya keçib. Çempionşipdəki bir sıra klubların ona maraq göstərməsinə baxmayaraq, Birmingem təmsilçisi oyunçunu komandada saxlamağa və ona əsas heyətdə özünü sübut etmək imkanı verməyə qərar verib.