"Lans" baş məşqçi Yannik Kaüzakla yollarını ayırmağa hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "L"Equipe" nəşri məlumat yayıb. 

 

Mənbənin bildirdiyinə görə, klub rəhbərliyi onu vəzifəsindən azad etmək qərarını dünən axşam verib.

 

Kaüzak Fransa təmsilçisinə sentyabrın 15-dən rəhbərlik edir. O, köməkçisi kimi çalışdığı Dino Toppmöllerin yerini tutub.

 

Fransa təmsilçisi 41 yaşlı mütəxəssisin rəhbərliyi altında 12 oyuna çıxıb. Komanda bu görüşlərdə 3 qələbə, 6 məğlubiyyət yadda qalıb. Ardıcıl 3 qarşılaşamada yenilən "Lans"ın Çempionlar Liqasında "Komo"ya məğlubiyyəti daha ağır olub - 1:9. 

 

Qeyd edək ki, Fransa klubu hazırda Kaüzakı əvəz edə biləcək üç namizədi nəzərdən keçirir. Onların arasında "Lans"ın keçmiş baş məşqçisi Pyer Saj da var. Komanda 10 turdan sonra 13 xalla Liqa 1-də 11-ci pillədə, Çempionlar Liqasında isə 3 xalla 33-cü yerdədir.