"Koventri"nin yarımmüdafiəçisi Cek Rudoni bu qış İngiltərə klubunu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı futbolçu "Nyukasl" və "Lids"in maraq dairəsinə düşüb. Bundan əlavə, "Brayton", "Brentford" və "Fulhem" klublar da yarımmüdafiəçiyə maraq göstərirlər.
Qeyd edək ki, Rudoninin "Coventri" ilə müqaviləsi 2028-ci il iyununa qədər qüvvədədir. O, cari mövsümdə meydana çıxdığı 11 oyunda 4 qol vurub.