"Ştutqart" hücumameyilli yarımmüdafiəçi Bilal El Xannusu artıq qış "transfer pəncərəsi"ndə satmağı nəzərdən keçirməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

 

Almaniya klubu 22 yaşlı mərakeşli futbolçunun satışından – bonuslar da daxil olmaqla – təxminən 40 milyon avro əldə etməyə ümid edir.

 

Mənbənin sözlərinə əsasən, oyunçu ilə maraqlanan klublar arasında "Qalatasaray" da var. Türkiyə təmsilçisi vəziyyəti izləyir, lakin transferlə bağlı hələ ki, heç bir konkret addım atmayıb.

 

Qeyd edək ki, yarımmüdafiəçinin "Ştutqart"la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. El Xannus cari mövsümdə bütün turnirlərdə 12 oyuna çıxıb və bir qol vurub.